Bakı: Təbi̇b, 2008. — 164 s.
Son illər beynəlxalq təşkilatlar maraqlı bir açıqlama yaymışdır. Belə ki, kokret götürülmüş hər hansı bir dövrdə təbii fəlakət, iri nəqliyyat və istehsalat qəzaları zamanı insan tələfatı, insanların səhhətinin və normal həyat fəaliyyətinin pozulması, əhəmiyyətli maddi itkilər müharibə və ya hərbi münaqişələrin nəticələri ilə müqayisədə qat-qat çoxdur. Təbii ki, insan fəlakəti, müxtəlif dərəcəli xəsarətalma halları mülki əhali arasında daha çoxdur. Ona görə də mülki əhali üçün vaxtında və tam həcmdə tibbi göstərişlərə uyğun olaraq tibbi yardımın təşkili əsas vəzifə olmahdır. Dövlətimizin bu sahəyə diqqəti müstəqilliyimiz dövründə daha da artmışdır.
Ali məktəblər haqqında əsasnaməyə görə Mülki MüdaFiə fənni dövlətin xüsusi fənni kimi ali təhsil sistemində mühüm yer tutur və bu fənnin tibb xidmətinin ali təhsilli tibb mütəxəssisləri ilə təmin olunmasında Azərbaycan Tibb Universitetinin üzərinə mühüm vəzifələr düşür. İnanıram ki, bu dərslikdən təkcə tələbələr deyil, həmçinin bu sahənin mütəxəssisləri də faydalanacaqlar.
Dərs vəsaitinin daha da təkmilləşdirilməsi məqsədi ilə oxucular tərəfindən edilən rəy, təklif və arzular müəllif tərəfındən hörmətlə qarşılanacaqdır.