Bakı: Ecoprint, 2017. — 160 səh.
Sənətşünaslıq üzrə elmlər doktoru, Azərbaycan milli konservatoriyasının professoru Abbasqulu Nəcəfzadə və əməkdar artist, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru Vamiq Məmmədəliyevin "Muğam" adlı dərs vəsaiti müvafiq fənnin tədrisi üçün yazılmışdır. Bu kitab ADMİU, AMK, BMA, ADPU, NDU, həmçinin musiqi təmayüllü digər tədris ocaqlarının tələbələri üçün nəzərdə tutulub. Kitabdan eləcə də musiqişünaslar və muğamsevərlər də istifadə edə bilərlər.